» » "Verilişlərin baxılmır, toylara da çağrılmırsan" - Elgizdən Kamrana

"Verilişlərin baxılmır, toylara da çağrılmırsan" Elgizdən Kamrana


"Dədələrinə 10 qəpik xeyri olmayan insanlar bu günlər Azərbaycan televiziyalarında çalışan əməkdaşlarını aşağılayıb, onların ünvanına layiq olmadıqları sözləri deyirlər. Nə istəyirsiniz? Əgər sən pul qazana bilmirsənsə, səni çağırıb verilişlər vermirlərsə, bu, sənin günahındır. Çünki sənin apardığın verilişlər baxılmır. Əgər əksinə baxılan olsaydı, sənə veriliş verib, otuzdurardılar başda. Səni heç toylara da aparıcı kimi çağıran yoxdur".

 Axşam.az xəbr verir ki, bu sözləri aparıcı Elgiz Əkbər həmkarı Kamran Həsənlinin ünvanına deyir. Bu haqda "Elgizlə izlə" proqramında danışan aparıcı Kamranın bir neçə gün əvvəl telekanalları tənqid etməsinə əsəbiləşib.

 

O bildirib ki, hazırda Kamrana heç bir kanalda iş verilmədiyi üçün həmkarlarını tənqid edir:

 

"Başlamısan həmkarlarını təhqir etməyə və ünvanlarına artıq-əskik sözlər deməyə. Bu layiqli bir işdir? Sən bəs nə etmisən? Azərbaycan televiziya tarixinə hansı verilişi gətirmisən və nə ilə yadda qalmısan? De, biz də bilək. İki-üç əyalətdən gələn qadın müğənniləri toqquşdurub, verilişində dalaşdırmısan. Ondan başqa sənin nə verilişin olub? Sənin hansı müəllif layihən olub? Nə ilə yadda qalmısan? İki müğənnini verilişə çağırıb dalaşdırmağa nə var ki? İnsana bu kimi hadisələr yer eləyir. Susursan danışmırsan, cavab vermirsən, amma belə də olmur. Ona görə xahiş edirəm, heç kimin əziyyəti yerə vurulmasın, haqqı pozulmasın".

 

Qeyd edək ki, K.Həsənli hazırda televizyadakı verilişlərin baxımsız olduğunu bildirib.