» » “Tut əlimdən” birinci pillədə!

“Tut əlimdən” birinci pillədə!


Xalq artisti Röya Ayxanın “Tut əlimdən” adlı yeni mahnısı Azərbaycan yutub trendində birinci pilləyə yüksəlib.

"STAR XƏBƏR" xəbər verir ki, dekabrın 15-də dinləyicilərin ixtiyarına verilən mahnı artıq yarım milyona yaxın baxış sayı toplayıb.

Sözügedən mahnıya davamlı olaraq TikTokda və instaqramda videolar çəkilməkdədir.

Qeyd edək ki, mahnının musiqisi Hacı Nazimə, sözləri isə Sərxan Nizamioğluna məxsusdur.