» » Aygün Kazımovanın konserti Lənkəranda izdiham yaratdı - VİDEO

Aygün Kazımovanın konserti Lənkəranda izdiham yaratdı - VİDEO


Bu gün Xalq artisti Aygün Kazımovanın Lənkəranda səbrsizliklə gözlənilən konserti baş tutub.   

Şou biznesin yaradıcısının cənub bölgəmizə səfəri sözün əsl mənasında izdihama səbəb olub. Divanı görmək üçün Lənkəran sakinləri ilə yanaşı ətraf rayonlardan da insan axını olub. Məhz tamaşaçı izdihamı səbəbindən şəhər mərkəzində bütün avtomobil yolları bağlanıb. Nəqliyyatın hərəkəti iflic olub.   

Ölkənin əsas ulduzunu dinləməyə gələnlər bütün mahnıları onunla bərabər ifa edib. Konsertin sonunda diva əksər heyranları ilə xatirə şəkli çəkdirib.  

Qeyd edək ki, Aygün Kazımova 26 dekabr Naxçıvanda da konsert proqramı ilə çıxış edəcək.