» » Azərbaycanlı müğənninin anası faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı müğənninin anası faciəvi şəkildə öldü - VİDEO


Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib.

Oxu.Az xəbər verir ki, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.