» » “Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqətində olub” - Nazirlik

“Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqətində olub” - Nazirlik


Yanvarın 6-da Ankarada müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi hazırda Ankaradan təyyarə ilə ölkəmizə gətirilir.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Əməkdar artistin səhhəti ilə bağlı məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülüb və müalicəsinə zəruri dəstək göstərilib.

Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə göndərilmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş verib və müğənninin həyatını xilas etmək mümkün olmayıb.

Mədəniyyət Nazirliyi bir daha sənətkara Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyir.

Qeyd edək ki, Aygün Bəylər uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu.

Allah rəhmət eləsin!