» » Sənət yoldaşları Aygündən yazır...

Sənət yoldaşları Aygündən yazır...


Yanvarın 6-da vəfat edən Əməkdar artist Aygün Bəylərin vəfatı yaxınları və sevənləri ilə yanaşı, sənət camiəsini də sarsıdıb.

“Qafqazinfo” xəbər verir ki, həmkarları mərhum ifaçı ilə bağlı sosial media hesablarında paylaşımlar ediblər.

Xalq artisti Flora Kərimova:

“Aygünüm!!! Aygünüm… Sənsizliyə ağlamaq, xiffətini çəkməkdəmi qədərim imiş?! Darıxacam qızım, səmimiyyətin üçün darıxacam, saflığın üçün darıxacam, kədərli gözlərin üçün darıxacam. Sənin yoxluğuna inana bilmirəm. Rahat uyu. Öz nəğmələrin ruhunun laylası olsun! Səsində yaşayan ruhunu qucaqlayıb öpürəm”.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev:

“Səni yağışlı bir gündə Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirərkən, nə biləydim ki, uzun sürməyəcək həyatın.... Heyif səndən, qızım...”

Xalq artisti Aygün Kazımova:

“Gözəl səsli, gözəl qəlbli sənətkar, səni hər zaman belə gülərüz xatırlayacağıq… Allah sevənlərinə və doğmalarına səbir versin! Allah rəhmət eləsin!”

Xalq artisti Röya Ayxan:

“Bütün Aygün Bəylər sevərlərə, ailəsinə başsağlığı diləyirəm. Allah rəhmət eləsin”.

Əməkdar incəsənət xadimi Məlahət Abbasova:

“Azərbaycanımızın möhtəşəm səsli Aygün Bəylərin ölüm xəbəri məni inanılmaz üzdü. Sən əsl sənətkar idin. Davranışın, tərzin, möhtəşəm səsinlə bir əfsanəyə döndün. 48 ilə o qədər şey sığdırdın ki... Unudulmazlar arasına girdin. Gedişin hamımızı üzdü. Allah sənə rəhmət eləsin”.