» » Aygün Kazımova “Trend”də BİRİNCİDİR - VİDEO

Aygün Kazımova “Trend”də BİRİNCİDİR - VİDEO


Xalq artisti Aygün Kazımovanın “Bilmək olmaz” adlı super hiti “YouTube”un Azərbaycan üzrə trendində birinci pilləyə yüksəlib.   


Pop divanın ifası Azərbaycan trendində yeganə pop janrında olan mahnıdır. Gündən-günə uğur əldə etməklə yanaşı, dinləyicilərin sevgisini qazanmağı bacaran mahnı bu günə kimi 1 milyon 700 mindən çox baxış sayı yığıb.   

Rejissorluğunu Türkiyədə Səlim Akarın etdiyi, 100 nəfərlik heyətin ərsəyə gətirdiyi klip böyük tamaşaçı marağına səbəb olub. Belə ki, ekran işini qısa zamanda 25 mindən çox “YouTube” istifadəçisi bəyənib.   

12 yanvar tarixindən isə sosial şəbəkələrdə artıq hit olan mahnını hər bir istifadəçi dijital platformalardan ala biləcək.

Qeyd edək ki, Azərbaycan müasir estradasının yaradıcısının klipində Peris Hiltonun fotomodeli Marian Draqan çəkilib.