» » Gökhan Özendən estetik iddialarına cavab

Gökhan Özendən estetik iddialarına cavab


Türkiyəli müğənni Gökhan Özen estetik əməliyyat etdirməsi bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək estetik iddialarının yalan olduğunu bildirib:

"Filtersiz çəkirəm, üzümdə heç nə yoxdur. Sadəcə gözlərimdən əməliyyat olunmuşam, o da məcburiyyətdən oldu. İlk və son dəfə bunu açıqlayıram. Əhvalımı belə poza bilməzsiniz, amma məni sevənlərin kefini pozmayın. Botoks etdirdi deyən insanlara da səslənirəm. Qaşını qaldıranda botoks olmadığı çıxır ortaya".