» » Təranə Səmədovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsi istənilib

Təranə Səmədovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsi istənilib


Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Təranə Səmədovanın 7 il 6 ay müddətinə, Rasim Həsənovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi yanvarın 25-də keçiriləcək.

Xatırladaq ki, Təranə Səmədova ötən ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.