» » Faiq Ağayev PRoMete ilə duetini təqdim etdi

Faiq Ağayev PRoMete ilə duetini təqdim etdi


Xalq artisti Faiq Ağayev və repçi PRoMete (Pərviz İsaqov) duet şəklində səsləndirdiyi "Anaya məktub / Bəlkə də" adlanan duetə klip çəkdirib.

"STAR XƏBƏR" xəbər verir ki, sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan mahnının ekran həlli rejissor Nail Naiboğluna həvalə edilib. 

ProMete bildirib ki, mahnı musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan "Bəlkə də" mahnısının motivləri əsasında yazılıb.