Milli Hidrometeorologiya Xidmətinin yanvarın 22-si saat 08:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır.
Xidmətdən “STAR XƏBƏR"ə bildirilib ki, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrdir.