» » Əməkdar artist Niftulla Əsgərov vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat etdi


Əməkdar artist Niftulla Əsgərov vəfat edib.

"STAR XƏBƏR"  xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb.

2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. O, bir sıra filmlərdə və seriallardakı rolları ilə tanınıb.