» » Elnarə Səidə haqda suala cavab vermədi: “Reklam etməyəcəm”

Elnarə Səidə haqda suala cavab vermədi: “Reklam etməyəcəm”


Müğənni Elnarə Xəlilova bir müddətdir qalmaqal yaşadığı həmkarı Səidə Sultanla bağlı danışmaq istəməyib. 

RTV-yə açıqlama verən Xəlilova onu reklam etmək istəmədiyini bildirib:

“Özümə söz vermişəm ki, özümdən başqa heç kimdən danışmayacayam və reklam etməyəcəyəm. Küsməyə də, barışmağa da vaxtım və səbəbim yoxdur. Mənim kimsəylə problemim yoxdur, hər şey qaydasındadır. Kimsə özü küsür, açıqlamalar verirsə, onun öz şəxsi işidir”.

Qeyd edək ki, S. Sultan Xəlilovanın onun toyu ilə bağlı açıqlamalarına sərt reaksiya vermiş, qalmaqallı ifadələr səsləndirmişdi.