» » Təranə Səmədovaya 6 il Azadlıqdan məhrum edildi

Təranə Səmədovaya 6 il Azadlıqdan Məhrum Edildi


Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"STAR XƏBƏR" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Təranə Səmədova ötən ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.