» » Səidə: “Mən də onu son mənzilə tacla yola salacam” - VİDEO

Səidə: “Mən də onu son mənzilə tacla yola salacam” Video


Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova Əməkdar artist Elza Seyidcahanın atası ilə bağlı açıqlamalarına münasibət bildirib.
 
"STAR XƏBƏR" Olay-a istinadla xəbər verir ki, o, atası ilə bağlı verilişin Elzanın evində çəkilməsi iddiasının yalan olduğunu bildirib:
 
“Atam proqrama çəkilmək istəməyəndə "yox" deyirdi. Qardaşımın evində çəkilişlər olurdu. Onun evinə nə gəlmişdi ki?”
 
S. Dadaşova həm də Seyidcahanın atasının dəfninə tacla gəlməsindən danışıb:
 
“Elza xanımının, musiqilərini, əsərlərini də sevirəm, bu gün ölümlü-itimli dünyadır. O da taclara layiq insandır. Onu son mənzilə yola salanda mən də gözəl bri tacla gedəcəm. Ola bilər ki, o, məni yola salsın. O demək deyil ki, atamın adı onu tacı ilə səslənir. Bu, ayıbdır. Mənim atam ürəklərdə yaşayır. Yazılsa, nə fayda , yazılmasa nə fayda”.
 
Xatırladaq ki, E. Seyidcahan bir müddət əvvəl bildirmişdi ki, R. Dadaşov sağlığında ondan evində veriliş çəkilişinin edilməsini xahiş edib.