» » Hiss yeni layihəsini təqdim etdi - VİDEO

Hiss yeni layihəsini təqdim etdi - Video


Müğənni Hiss sevənlərinə yeni klipi və mahnısını təqdim edib.
 
"STAR XƏBƏR" xəbər verir ki, ötən ilin son günlərində anonsunu verdiyi "Kədərli bölüm" mahnısını və ona çəkilən klipini təqdim edib. 

Klipin musiqi prodüseri Jay Əliyev, rejissoru Fərman Bəşirli, mahnının sözlərinin və bəstəsinin müəllifi Əli Türkoğludur.

Bu müğənni və Jayin sayca 3-cü iş birliyidir. 
"Jay tez-tez "İnstaqram" hesabında yeni treklərini paylaşırdı. Bunu dinləyən kimi, dedim ki, mənə göndərsin, söz yazacağam. Amma o, sonda Əlinin yazdığı söz və musiqini daha çox bəyəndi. Düşünürəm ki, nəticədə ortaya çox gözəl bir iş çıxdı. İlk dəfə bunu "Crystall Hall"da təşkil olunan "Gənclərin Həmrəylik Festivalı"nda səsləndirdim. Çəkilişləri də elə o zaman etdik", -deyə Hiss bildirib.
Müğənni onu da əlavə edib ki, "Kədərli bölüm" Jay Əliyevin "Baijanrecords" leyblı ilə çıxaracağı alboma daxildir.