» » Murad Arifdən konsert anonsu: “HITMAKER" mənəm”

Murad Arifdən konsert anonsu: “HITMAKER" mənəm”


Azərbaycanda hit mahnıların bəstəkarı və ifaçısı Murad Arif Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. 

Murad Arifin mətbuat katibinin yaydığı məlumata görə, gecədə Murad Arif hit mahnıları, sevilən duetlərini ifa edərək yeni bir şouya imza atacaq. Yeni konserti haqqında detalları sirr saxlayan müğənni qısa açıqlama etdi:

"1 ilə yaxındır ki, ilk konsertimin eyforiyasındayam. Səhnəyə hakim olan, səhnəni sevən, səhnə üçün yaradılmış biri olduğumu anlayaraq, ölkənin ən əsas səhnəsində, Sarayda ikinci konsertimə start edirəm! Həyəcanlıyam... Həyəcandan da çox, səbrsizlənirəm! Zalın mənimlə əzbər oxumasına, zalın işıqlarına və alqışlara "acam"! Bu dəfə daha inamlı, daha sərbəst və böyük enerji ilə gəlirəm! Konsertin adını hər kəsin dilində olan xitabla əlaqələndirdim. Mətbuatın, medianın dilindən də bəllidir ki, "HITMAKER" mənəm. Bunu bir daha sübut edəcəm!"