» » Mehriban Əliyevadan Cavanşir Quliyevlə bağlı tapşırıq

Mehriban Əliyevadan Cavanşir Quliyevlə bağlı tapşırıq


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

"STAR XƏBƏR" xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 

74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. 

Onun beyninə qan sızdığı bildirilir. (APA)