» » Əməkdar artistdən xəbərdarlıq: "Haqqımı onlara halal etmirəm"

Əməkdar artistdən xəbərdarlıq: "Haqqımı onlara halal etmirəm"


"Bir ildir məni verilişə qonaq çağırırdılar, getmirdim. Dedilər bayram efiridir, bu dəfə razılaşdım, amma şərt kəsdim. Dedim ki, bir kəlimə də olsun şəxsi həyatımla bağlı sual verməyin. Razılaşdılar".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Xoş gəldim" verilişində deyib.
 
Sənətçi dəvət olunduğu verilişdə ona tələ qurulduğunu idiia edib:

"Bəzənib-düzənib yaxşı əhvalla verilişə getdim. Elə bil uşaq aldadırdılar. Veriliş canlı gedirdi. Bacım Təranə dərhal başa düşdü ki, mənə verilişdə tələ qurublar. Sevinirəm ki, bayram verilişidir. Deyirəm ki, şəxsi mövzular bağlanıb, qurtarıb. Demişəm ki, daha ailəm barədə sual verməyin. Məni bəh-bəhlə verilişlərinə çağırıb xoş olmayan sürprizlər edən aparıcılara heç vaxt halallıq verməyəcəyəm" deyə əməkdar artist bildirib.

Qeyd edək ki, Mətanət İsgəndərli, oğlu Kərim və keçmiş gəlini Canana arasındakə qalmaqal illərdir səngimək bilmir.