» » Əli Mirəliyevin səhhəti necədir?

Əli Mirəliyevin səhhəti necədir?


Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib. 

İfaçı Axşam.az-a açıqlamasında səhhətinin yaxşılaşdığını deyib. O bildirib ki, həkimlər icazə versə, bu gün evə buraxılacaq:

"Həkimlər müayinələrin cavabını deyəcək, bəlkə evə buraxıldım".

Qeyd edək ki, aparıcı Elgiz Əkbər Ə.Mirəliyev haqda "Dörd gündür vəziyyəti çox ağır idi. Həkimlər xərçəng olmasından şübhələnirlər" sözlərini deyib.