» » “Qadın kişiyə itaət etməlidir“ - Azər Axşam

“Qadın kişiyə itaət etməlidir“ - Azər Axşam


"Qadın kişiyə itaət etməlidir, çünki cənnətin qapısı ərə itaətdədir”. Bu sözləri aktyor, teleaparıcı Azər Axşam AZXEBER.COM-un "Gəl danış" rubrikasına müsahibəsi zamanı deyib.
 
"Əvvəl onu qeyd edim ki, heç kəs atasının evindən uşaq gətirmir. Amma xanım evdən gedəndə uşaqları da aparır, evi də bölür, hələ illərlə aliment də alır. Mənim fikrimcə kim özü gedirsə, təkcə papağını götürüb getməlidir. Qanunla da uşaqların anada qalması doğru sayılır. Amma mən bu qaydanı anlaya bilmirəm. Sevdiyim qadın gedir, uşaqlarımı da aparır, evdən də pay istəyir, hələ uşaqlara aliment də verməliyəm. Bəs qadın ayrılıb getmək istəyəndə kişinin günahı nədir? Qadın getmək istəyəndə ona alınan hədiyyələri götürüb getsin, uşaqları aparmasın. Görüm onda hansı qadın gedər? Qadınlar qanundakı üstünlüklərin onun tərəfində olduğunui anladığı üçün çox zaman bu addımı atırlar".

"Bəs onda niyə boşanan qadınlar özlərini çox zaman haqlı görürlər?" sualına da özünəməxsus şəkildə cavab verib:

 

"Kişi qadınla ayrılan zaman xanım bu haldan istifadə edərək uşaqları aparır, atanı şantaj edir, övladları ilə görüşməyə qoymur. Bu nə qədər düzdür? Bəs, niyə qadınlar xırda bir hadisə olan kimi "uşaqları atamın evindən gətirməmişəm ki?!” deyir? Amma gedən zaman atasının evindən gətirmiş kimi onları da aparır. Buna vicdanları necə əl verir? Qanunla qadın kişiyə ərə gəlir. Sən ailə qurub başqa evə gedirsən ki, kişinin qanunlarına tabe olasan. Çünki cənnətin qapısı həm də ərə itaətdədir".