» » "Mənə necə kolbasa-çörək yedizdirə bilərsən?" - Pərvin Abıyeva

"Mənə necə kolbasa-çörək yedizdirə bilərsən?" Pərvin Abıyeva


"Türkiyədə və ya başqa bir xarici ölkədə aktrisaya, aktyora elə hörmət qoyurlar ki...".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Günə son" verilişinə açıqlamasında deyib. Sənətçi Azərbaycanda aktyorlara dəyər verilməməsindən şikayətlənib:

"Baş rol ifaçısıyamsa, sən mənə nece dönər, kolbasa-çörək yedizdirə bilərsən? Bunun qarşılığında nə gözləyirsən? Bir səhnədən digərinə keçmək üçün aktrisanı səhər saat altından 7 saat gözlətdirirsən ki, işıq qurulmayıb. Bu aktrisa 7 saat sonra ac, susuz, yorğun gözləyir. Nə karavan var, nə bir şey. Balaca sobanın yanında oturub gözləyir. Ona görə də Azərbaycanda seriala çəkilməyə birdəfəlik son qoymuşam. Həm sənət, həm maddi baxımdan çox şey əldə edərdim, amma uzaqlaşdım. Bizdə aktyorla müqavilə bağlanmır. Gəlir ki, bu ssenarini sırf sənin üçün yazmışam, hər şey istədiyin kimi olacaq. Filmin yarısını çəkirsən, deyir pul yoxdur".