» » Zeynəb Xanlarovanın ona dəstək olmaması haqda suala belə cavab verdi

Zeynəb Xanlarovanın ona dəstək olmaması haqda suala belə cavab verdi


Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə bağlı sualları cavablandırıb.


Axşam.az xəbər verir ki, aktrisa aktyor Kamran Ağabalayevin "Qapqara" yutub layihəsində qonaq olarkən bu haqda danışıb.


Xanlarova K.Ağabalayevin "Hər bir sahədə hər kəsin bir "dayı"sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz (Xalq artisti Zeynəb Xanlarovanı nəzərdə tutur - red.) sizə "dayı” ola bilmədi" sualına belə cavab verib:


"Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin "dayı"n var? Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman "day-daya" nə ehtiyacımız var?".