» » Röya Ayxan bu klipə görə bıçaq altına girmişdi - Video

Röya Ayxan bu klipə görə bıçaq altına girmişdi - VİDEO


Xalq artisti Röya Ayxan 2024-cü ildə ilk layihəsini təqdim edib. 

"STAR XƏBƏR" xəbər verir ki, o, 14 Fevral - Sevgililər Günü münasibətilə "Zülmətəm" adlı yeni mahnısı və klipini pərəstişkarlarına ərməğan edib.

Mahnının söz və musiqisi FARİD AQA-ya məxsusdur. 

Estrada ulduzu klipini bu dəfə də türkiyəli rejissor Orçun Mutluya həvalə edib. Röya Ayxan 7 obrazda kamera qarşısına keçib. O. Mutlu buna qədər sənətçinin "Ummadığım anda", "Afaki", "Tez gəl" kliplərini çəkib. 

Qeyd edək ki, məhz bu layihə üçün Röya Ayxanın İstanbulda 6 saat çəkən əməliyyatı olub. Xalq artisti üz və göz nahiyəsində dəyişiklik edib.