» » Ebru Gündeş dördüncü dəfə ərə gedir

Ebru Gündeş dördüncü dəfə ərə gedir


Türkiyənin tanınmış ifaçılarından olan Ebru Gündeş iş adamı Murat Özdemirlə eşq yaşayır.

"STAR XƏBƏR" Oxu.az-a istinadən xəbər verir ki, 2022-ci ilin iyulunda əvvəlki həyat yoldaşı Selindən boşanan Murat Özdemirin ötən ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı deyilir.

Özdemir davamlı olaraq müğənninin konsertlərinə gedib və ortaq dostları vasitəsilə sənətçi ilə tanış olub.

Birinci həyat yoldaşından iki, ikinci həyat yoldaşından isə bir övladı olan iş adamının bir qız anası Gündeşlə evlənmək qərarına gəldiyi bildirilir. Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı iddia edilir.