» » Aşıq Namiqdən “ulduz müğənni”lərə RİŞXƏND

Aşıq Namiqdən “ulduz müğənni”lərə RİŞXƏND


“Azərbaycanda bir ulduz var, o da dünya şöhrətli müğənni Zeynəb Xanlarovadır”.

"STAR XƏBƏR" bildirir ki, bu sözləri tanınmış aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Vaxtilə bir çox müğənnilərə dəstək olduğunu deyən sənətçi onların “ulduz” xəstəliyinə tutulandan sonra dönük çıxmasından gileylənib:

“O qədər dəstək oldğum, sonradan məşhurlaşıb özlərini indi ulduz hesab edən müğənnilər var ki… Aralarında etibarlı olanları da var, etibarsızları da… Amma nankor elə nankordur.

Verilişlərimə çıxardığım, dəstək olduğum bəzi müğənnilər özlərini ulduz kimi aparır. Bir az populyarlaşandan sonra məni “Instagram”da izləmədən çıxarıblar. Amma “tripaş”lıq edəndə, cavablarını verirəm. Belə də ki nə ulduz, ulduz göylərdə olur, yerdə ulduz var ki?

Azərbaycanda ulduz yoxdur. Bir ulduz var, o da dünya şöhrətli Zeynəb Xanlarovadır. Ondan başqa bütün müğənnilərin hamısı əlçatandır, şadlıq evində də oxuyurlar, restoranlarda da…

Ulduz Tarkandır, yarım saatına bir milyon pul verib oxudurlar. Sənətçilərimizin ən bərkgedəni toya 10-15 minə gedir, onları da gətirib toyda oxutdura bilirsənsə, deməli, o adam əlçatmaz deyil”.