» » İmişlidə itkin düşən Rasimi İranda görüblər – ŞOK İDDİA

İmişlidə itkin düşən Rasimi İranda görüblər – ŞOK İDDİA


Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin İranda olduğu iddia olunur.


“STAR XƏBƏR” Sonxeber.az-a istinadla xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, İrandan şəkil göndərilib.

"O şəkili ailəyə göndərmişəm. İddia olunur ki, Rasimi İranda sərhəddə görüblər. Bildirirlər ki, Xudafərinə çəkilişə gedən zaman bir əsgər söyləyib ki, Rasimi narkotik satanların arasında görüb. Guya narkotik satan kişini tutublar. Rasim İran polislərinin əlindədir. Bunu iddia edən İranın hüquqşunaslarından biridir".