» » “Kiminsə əlinə baxmaq həyatımın sonuncu günü olar”

“Kiminsə əlinə baxmaq həyatımın sonuncu günü olar”


“Pul mənim üçün rahatlığın və müstəqilliyin vasitəsidir. Mən heç kimdən asılı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Göstərir radio” verilişində deyib. 

Sənətçi pandemiya zamanı pulsuz qalmamaq və yanında çalışan şəxslərə məvacib vermək üçün qarajını satdığını açıqlayıb:  

“Pulum az olanda kefim pozulur. Fikir edirəm. Pandemiya zamanı çox fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 3-4 ay idarə edim. O zaman yanımda çalışan insanlara hər ay maaş verirdim. Bu çox böyük stressdir”.