» » Vəfa Zeynalovanın səhhətində problem yaranıb

Vəfa Zeynalovanın səhhətində problem yaranıb


Əməkdar artist Vəfa Zeynalovanın səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, əməliyyat olunub və hazırda özünü yaxşı hiss edir:

"Yaşamaq gözəldir. Yaşamağı, həyatdan zövq almağı sevirəm. Kiçik bir problemim oldu, həkimlər tez bir zamanda məni xilas etdi. Əməliyyat olundum və ondan sonra həyəcanlı anlar başladı. Bilirsiniz ki, patologiyanın cavabını gözləmək 1 ay 20 gün vaxt lazımdır. Amma mənim cavabım tez gəldi, 3 günə hazır oldu. Cavab müsbət idi".

V.Zeynalova Milli Onkologiya Mərkəzinə buna görə təşəkkür edib.