» » SON DƏQOQƏ! Aktyor Ülfət Rəhim oğlu Hümbətov İNTİHAR ETDİ

SON DƏQOQƏ! Aktyor Ülfət Rəhim oğlu Hümbətov İNTİHAR ETDİ


Bakıda beş uşaq atası olan aktyor intihar etdi

"STAR XƏBƏR" xəbər verir ki, Dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun Savxozu adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb. 

Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.

Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

Faktla bağlı araşdırma aparılır.

///Qafqazinfo