» » Dilarədən “Gəl, gəl, a yaz günləri”nə yeni nəfəs

Dilarədən “Gəl, gəl, a yaz günləri”nə yeni nəfəs


"Maska"nın qalibi Dilarə Kazımova sevilən sənətçi Akif İslamzadənin “Gəl, gəl, a yaz günləri” mahnısını ifa edib.

"STAR XƏBƏR"  xəbər verir ki, o, “Hər zaman musiqi” verilişinin “Maska” şou heyətinə həsr edilən buraxılışında sözügedən nəğməyə yeni nəfəs qatıb, fərqli aranjimanda səsləndirib. 

Mahnının aranjimanı Anar Keytarmana aiddir. 

“Bu cür mahnılara zaman-zaman müraciət edirəm. Bu mahnını da çox sevirəm və nəhayət oxudum”, - deyə, Kazımova bildirib.


Qeyd edək ki, mahnının sözləri Mirzə Ələkbər Sabirə, musiqisi Rafiq Babayevə məxsusdur.