» » Moskvada “Crocus City Hall”da silahlı insident - 12 ölü

Moskvada “Crocus City Hall”da silahlı insident - 12 ölü


Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu yazıb.

“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğın qeydə alındığı bildirilir.