» » Ticarət mərkəzində döyülən oğlanla bağlı araşdırma başladı

Ticarət mərkəzində döyülən oğlanla bağlı araşdırma başladı


Bir neçə gün öncə ticarət mərkəzlərinin birindəki tualetdə Kənan adlı şəxsin döyüldüyü deyilir.


"STAR XƏBƏR" xəbər verir ki, Bu barədə sosial şəbəkələrdə ictimai birliklərdən birinin rəhbəri Elnarə Qasımova məlumat yayıb.
Onun sözlərinə görə, hadisə şahidləri bildirib ki, zərbələr Kənanın göz nahiyəsinə vurulub, bundan sonra isə tualet tamamən qan içində olub.


E. Qasımova əlavə edib ki, autizmli şəxs olan Kənanın hansı səbəbdən döyüldüyü məlum olmasa da, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Məsələyə DİN-in Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov reaksiya verib.

Z. Hüseynov bildirib ki, fakt icraata qəbul edilib: “Məsələ araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.

Kənanın döyülməsini əks etdirən görüntülərini təqdim edirik: