» » "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"


"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyeva "Zaurla Günaydın" proqramında deyib.

"Kiminsə sözü varsa, siyahımız var. Bu sözləri həyat yoldaşı kimi demirəm. Azərbaycanın elə bir bölgəsi, ucqar kəndi yoxdur ki, orada bir ailədən kiməsə kömək olmasın. Kimin gözü necədir elə görür" deyə, Günay əlavə edib.

"Proqramımda yardımları yox, kimsə bir kişinin yerə yıxılmasını, bir arvadın başqasına qışqırmasını görürsə, deməli onu görmək istəyir" deyə, aparıcı Zaur Baxşəliyev söyləyib.