» » Bakıda qum karxanasında kranla beton arasında qalan kişi öldü

Bakıda qum karxanasında kranla beton arasında qalan kişi öldü


Bakıda kişi faciəvi şəkildə ölüb.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
 
Martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.