» » Ər onu baltalayan arvadını bağışlamadı - 9 il həbs verildi

Ər onu baltalayan arvadını bağışlamadı - 9 il həbs verildi


Ərinə balta ilə ağır xəsarət yetirməkdə ittiham olunan 29 yaşlı Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, L.İmaşova mübahisə zəminində 37 yaşlı əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır xəsarət yetirib.

Xanım müttəhim üç azyaşlı uşaq anası olduğuna görə ibtidai və məhkəmə istintaqı dövründə həbsdə olmayıb.

Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Zərərçəkmiş İmaşov ifadəsində arvadından şikayətçi olduğunu deyib. L.İmaşova son sözündə məhkəmədən həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Novruz Kərimovun sədrlik etdiyi hakimlər heyəti müttəhimin azadlıqda qalmasını qanunauyğun hesab etməyib. Hökmə əsasən, L.İmaşova qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında dərhal həhs edilib.