» » Füzuliyə növbəti köç karvanı yola salınıb

Füzuliyə növbəti köç karvanı yola salınıb


Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

"STAR XƏBƏR" xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.