» » Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtı


Sabah Ramazan ayının 23-cü günüdür.

"STAR XƏBƏR"in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-də Bakıda imsak saat 04:55, iftar isə saat 19:21-dədir.

Ramazan ayının 23-cü gününün duası:

"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".

Tərcüməsi:

"İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!"

Allah orucunuzu qəbul etsin!