» » Kəmaləddin Heydərov “TikTok”da canlı yayım açan rəis müavinini işdən çıxardı

Kəmaləddin Heydərov “TikTok”da canlı yayım açan rəis müavinini işdən çıxardı


Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb. 

 

"STAR XƏBƏR"  qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub. 

 

Belə ki, bundan əvvəl rəis müavini "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib.


 

Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir.