» » Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı


Sabah Ramazan ayının 25-ci günüdür.

"STAR XƏBƏR" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də Bakıda imsak saat 04:51, iftar isə saat 19:23-dədir.

Ramazan ayının 25-ci gününün duası:

“Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin”.

Tərcüməsi:

“İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!”

Allah orucunuzu qəbul etsin!