» » “Biz niyə camaatı dolayırıq? Uşaq Təranənin deyil”

“Biz niyə camaatı dolayırıq? Uşaq Təranənin deyil”


Müğənni Təranə Qumral 4-cü övladının olması ilə bağlı açıqlama verib.

"STAR XƏBƏR" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sənətçinin bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.

İfaçının ana olması ilə bağlı xəbərin yalan olduğunu iddia edənlərdən biri də teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) olub.

Tolik "Rəngarəng səhər" verilişinə gətirilən uşağın Təranənin nəvəsi olduğunu bildirib:

"Biz niyə camaatı dolayırıq? Uşaq Təranənin nəvəsidir. Allah saxlasın!"