» » Həbs xəbəri yayılan Rəqsanə danışdı: “Azərbaycana gəlib...”

Həbs xəbəri yayılan Rəqsanə danışdı: “Azərbaycana gəlib...”


Müğənni Rəqsanə İsmayılovanın Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə saxlanıldığı iddia edilir. 

"STAR XƏBƏR" xəbər verir ki, ifaçı yayılan iddialara cavab verərək, bunun yanlış olduğunu bildirib və haqqında yazılanları təkzib edib: 

“Əzizlərim, çox sağ olun, məni yığırsınız, soruşursunuz, narahat olursunuz. Mənə heç bir şey olmayıb, heç kəs məni saxlamayıb, hamısı boş-boş sözlərdir. Mən Moskbada evimdəyəm, hər şey yaxşıdır, ayın 10-a kimi buradayam, 10-dan sonra Azərbaycana gələcəyəm. Mənim heç bir problemim yoxdur, özünüzdən “fason” çıxarmayın ”.