» » “Ölürəm, deyirlər xəstəxanada yer yoxdur” - Naibə Allahverdiyeva

“Ölürəm, deyirlər xəstəxanada yer yoxdur” - Naibə Allahverdiyeva


Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb. 

 

Axşam.az xəbər verir ki, bununla bağlı aktrisa özü məlumat yayıb. Sənətçi bildirib ki, günlərdir güclü ağrılardan əziyyət çəkir:

"Üç gündür qışqırığım, ağlamağım kəsilmir. Ağrı içində ölürəm, hərarətim düşmür. Təcili tibbi yardım çağırmışam. Deyirlər infeksiya var. Amma məni xəstəxanaya aparmaq istəmirlər. Deyirlər, yer dolub. Bəs mən hər ay maaşımdan niyə sığorta ödəməsi edirəm? Xəstə bir də öləndən sonra yardım edəcəklər. Ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?".

TƏBİB-dən Axşam.az-a verilən məlumata görə, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib. Hazırda N.Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə aparılıb, ona zəruri həkim baxışı və müayinələr təyin edilib. Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.