» » Sərdar Ortaç Bakıya Əlil Arabasında Gəldi

Sərdar Ortaç Bakıya Əlil Arabasında Gəldi


Türkiyəli müğənni Sərdar Ortaç Azərbaycana gəlib.

"STAR XƏBƏR" xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Diqqət çəkən məqam isə müğənninin əlil arabasında olması olub.

Konsert zamanı isə Sərdarın yeriməkdə çətinlik çəkdiyi aydın görünür. Səhnədə qızlar hərəkət edən zaman onun qoluna girərək kömək olublar.

Fotonu aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Ortaç MS - dağınıq sklerozdan (iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir) əziyyət çəkir. Bir müddət əvvəl ifaçı sol ayağının amputasiya edilmə riskinin olduğunu bildirmişdi.