» » Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb

Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb


Səhhətində problem yaranan və xəstəxanaya yerləşdirilmiş Xalq artisti Naibə Allahverdiyeva artıq evə buraxılıb. 

"STAR XƏBƏR"  axşam.az-a istinadla xəbər verir ki, aktrisa hazırda vəziyyətinin yaxşı olduğunu deyib: 

"Müalicələrim evdə davam edir. Xəstəxanada qalmaq istəmədim. Öz istəyimlə məni evə buraxdılar. Çünki orada qala bilmirəm, ürəyim sıxılır. İndi bilmirəm necəyəm, hələ ki, müalicə alıram. Heç xəstəliyimin səbəbini də bilmirəm".