» » Klipi üçün -10 kq çəki atdı - KLİP

Klipi üçün -10 kq çəki atdı - KLİP


Bəstəkar-müğənni Pərviz Mahmudov bir müddət davam edən səssizlikdən sonra sükutu yeni kliplə pozub.
 
"STAR XƏBƏR"  xəbər verir ki, sevənlərini çox da intizarda qoymayan sənətçi "Vurulmuşam" adlı yeni ekran işini dinləyicilərinin ixtiyarına buraxdı.
 
Klipin musiqisi bəstəkarın özünə, sözləri isə İsmayıl Əliyevə məxsusdur. "Vurulmuşam" ın aranjimanı Rəşad Bağırova, rejissor işi isə Rüstəm Tarverdiyevə həvalə olunub.
 
Yeni klipi haqqında danışan bəstəkar " Bu ifamı bütün qəlbən sevənlərə həsr edirəm" - deyə bildirib. Klipi üçün obyektiv qarşısına keçən Mahmudov bu işi üçün -10 kq çəki atıb. "Vurulmuşam" artıq bütün musiqi platformalarında online'dır.