» » Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR


Koronavirusa qarşı "mRNT" peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır.

"STAR XƏBƏR" xəbər verir ki, şirkət tərəfindən hazırlanmış eksperimental xərçəng peyvəndinin klinik sınaqlarının üçüncü və son mərhələsi davam edir.

İngiltərədə davam edən sınaqlarda "mRNA" peyvəndinin yüksək riskli xəstələrdə dəri xərçəngi ölümlərini yarıya qədər azaltdığı açıqlanıb.

Xərçəng hüceyrələri tərəfindən ifraz olunan "neoantigenlərlə" təchiz olunmuş "mRNT" peyvəndi xərçəng toxumalarına hücum etmək üçün immunitet sistemini aktivləşdirir. Əldə edilən effekt immunoterapiya müalicəsi ilə gücləndirilir.

"mRNT" vaksinin yüksək riskli xəstələrdə immunoterapiya ilə birlikdə tətbiq edildikdə ölüm nisbətini 49 faiz azaltdığı müəyyən edilib.

Bildirilir ki, bir illik müalicə müddətində xəstələrə ümumilikdə yeddi doza "mRNT" peyvəndi və immunoterapiya preparatları verilib. Peyvəndin müxtəlif ölkələrdən 1100 nəfərlə aparılacaq 3-cü faza klinik sınaqlarından sonra istifadəyə təqdim edilməsi nəzərdə tutulur.