» » SON DƏQİQƏ! Azərbaycan ordusunun hərbçisi vəfat etdi

SON DƏQİQƏ! Azərbaycan ordusunun hərbçisi vəfat etdi


Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.