» » Mahsun Mübariz Mənsimovun atasının məzarı başında - Fotolar

Mahsun Mübariz Mənsimovun atasının məzarı başında - Fotolar


Bir neçə gündür Bakının qonağı olan türkiyəli müğənni Mahsun Kırmızıgül iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimovun məzarını ziyarət edib. 

"STAR XƏBƏR" xəbər verir ki, ifaçının məzar başından fotolarını M.Mənsimov sosial şəbəkədə paylaşıb. 

"Atamın məzarını indiyədək ziyarət edə bilməsəm də, dostum Mahsun bunu mənim əvəzimə etdi. Çox sağ ol, əziz dost" deyə, iş adamı paylaşımında yazıb.

Qeyd edək ki, Qurban Mənsimov ötən ilin iyununda uzun sürən xəstəlikdən vəfat edib. Mərhum Keşlə qəbiristanlığında torpağa tapşırılıb.