» » iPhone 16 Pro-nun iki yeni kamera ilə gələcəyi iddia edilir

iPhone 16 Pro-nun iki yeni kamera ilə gələcəyi iddia edilir


2019-cu ildən bəri "Apple” öz smartfonlarında 12MP ultra geniş kameralardan istifadə etməyə davam edir. Amma gələn il bu vəziyyətin dəyişəcəyi gözlənilir.

AZXEBER.COM xəbər verir ki, iddia olunurdu ki, iPhone 16 Pro və Pro Max 48 meqapiksellik ultra geniş kameralarla təchiz olunacaq. "Apple”ın IMX633 sensorunu Sony IMX903 sensoru ilə əvəz edəcəyi gözlənilir.

Keçən il iPhone 15 Pro Max 12MP 3x telefoto kamerasını 5x optik zumlu periskop telefoto modulu ilə əvəz edib. Bu sensorun bu il iPhone 16 Pro-ya gəlməsi gözlənilir. 

iPhone 16 Pro-dakı telefoto kamera uzaq obyektləri yaxınlaşdırmaq üçün işığı dəfələrlə əyən tetraprizma dizaynından istifadə edəcək.

iPhone 16 Pro Max eyni kameranı saxlasa da, bu o deməkdir ki, Pro Max modeli 5x optik zoomu dəstəkləməyə davam edəcək və optik böyütmə diapazonunda artım olmayacaq.